“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, nədən sizin kompüter sisteminiz donur tez-tez?”.
Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış telejurnalist İlhamiyyə Rza sosial şəbəkə hesabında paylaşımında yazıb.
O, agentliyin ünvanına sərt fikirlər səsləndirib:
“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, həkim qəbullarında canlı növbə olan yerlərdə niyə oturacaqlar kifayət qədər deyil? 6 adam oturur, 25-30 nəfər ayaqüstə (Xəstə, hamısı xəstə!! Yaşlı! Canı ağrıyan!!!!). Niyə də, niyə?
Onlayn və ya elektron(yerində-banklarda, mobil rabitə filiallarında olduğu kimi) növbəni niyə təşkil etmirsiniz? Bacarmırsınız?? Canlı növbə daha harda işlənir ki, sizdən başqa?
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi , nədən sizin kompüter sisteminiz donur tez-tez? O da istidəndir? Dünən növbədə bir qadının ürəyi getdi. Canlı növbələrdə su SATIŞI (havayı heç nə yoxdur sizdə, pul verməyəndə can alırsız, vaxt alırsız, əsəb alırsınız) təşkil edin, satışdan gələn pulla rentgen plyonkası, kompüter proqramları alın!
Rentgeni aşkarlamaq üçün lentiniz niyə yoxdur ki??? Pulunuz çatmır??”.
Cəvahir
www.yenicag.az