Tarif Şurasının qərarı YANLIŞdır

media-hightechnic-468x90

giymet_davasi2скачанные файлы (1)Akif Nəsirli: “Hökumət benzinin qiymətini azı 50-60 faiz endirməlidir”

Tarif Şurasının qərarına əsasən, Vergi Məcəlləsinə edilən dəyişikliklərə görə, ölkə ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən və idxal edilən avtomobil benzini, dizel yanacağı və maye qazın hər litrinin topdansatış qiymətinə 2 qəpik əlavə edilməklə yol vergisinin tətbiqi nəzərdə tutulub.

Nəticədə Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 72 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 62 qəpik müəyyən edilib.

Görəsən, hazırda neftin qiymətinin kəskin azalması və buna əsasən bir çox ölkələrdə yanacağın qiymətində də enmələrin olması fonunda, Tarif Şurasının avtomobil yanacağının qiymətini qaldırmasına ehtiyac vardımı?
Yenicag.az-a açıqlamasında “Liberal İqtisadçılar” İctimai Birliyinin sədri Akif Nəsirli yol vergisinə istinadən yanacağın qiymətininn iki qəpik bahalaşmasına müsbət baxdığını dedi. Amma bununla yanaşı hömsəhbətimiz ümumiyyətlə, yanacağın qiymətinin azaldılmalı olduğunu da cdiqqətə çatdırdı: “Benzinin qiymətinin 2 qəpik bahalaşmasında mənbə rolunda hökumətin yol vergisinin tutulmasında etdiyi dəyişiklik çıxış edir. Yol vergisinin tutulmasında forma dəyişikliyi baş verib. Bunun nəticəsində yanacağın hər litrinə görə 2 qəpik əlavə olunub. Əslində bu səmərəli və mütərəqqi dəyişiklikdir. Amma yanacağın qiymətinin artırılması məsələsinə gəldikdə, 2 qəpik artıma bir iqtisadçı olaraq etiraz etmirəm. Lakin məsələ ondadır ki, dünyada neftin qiyməti 60 faiz ucuzlaşıbsa, “qara qızıl” istehsal edən ölkə bir o qədər də yanacağın qiymətini aşağı salmalıdır. Tarif Şurasının hazırki qərarı 2014-cü il dekabrın 30-da Milli Məclisin qəbul etdiyi qərarla bağlıdır. Burada Vergi Məcəlləsinə dəyişiklik ediləndə bəlli idi ki, benzinin qiyməti bahalaşacaq. İndi hər litr benzinə görə həm də yol vergisi tutulur. Benzinin qiymətinə gəldikdə isə, hökumət onun qiymətini azı 50-60 faiz endirməlidir. Belə olarsa, yanacağın satış qiyməti daha ədalətli məcraya gələ bilər. Amma hökumətin qiymət siyasətinin mükəmməl olmaması nəticəsində belə anormal nəticələr alınıb”.

 

Rüfət

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600