Tarixin ən böyük kütləvi yox oluşundan ən az zərərlə çıxan ərazi tapılıb.
Yenicag.az xəbər verir ki, bu barədə araşdırmanın nəticələri “Science Advances” elmi jurnalında yayımlanıb.
Qeyd edilib ki, 252 milyon il əvvəl “Böyük ölüm” adlandırılan ən böyük kütləvi yox oluş dənizdəki canlıların 90 faizinə qədərinin məhvinə səbəb olub. Amma Çinin Turfan-Qumul hövzəsindən tapılan fosillər üzərində aparılan araşdırmaların nəticəsi sözügedən yox oluş zamanı az zərər görən yerin məhz həmin ərazi olduğunu üzə çıxarıb.
“Böyük ölüm”dən 160 min il əvvəl və sonra da həmin ərazinin bitki örtüyündə ciddi dəyişikliyim olmadığı təsbit edilib. Buradakı canlıların məhv olça faizi isə 21 olub. Beləliklə, həmin ərazinin vanlılar üşün təbii vahə rolu oynadığı bildirilib.
www.yenicag.az