TASİM-in tikintisi barədə müqavilə imzalandı

media-hightechnic-468x90

Azerbaijan_Kazakhstan_flags_Album_010512_0Azərbaycan və Qazaxıstan Trans-Avrasiya Super İnformasiya Magistralının (TASİM) sualtı seqmentinin tikintisi barədə razılıq əldə ediblər.

Yenicag apa-ya istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.

Onun sözlərinə görə, müqavilənin bu ilin birinci yarısında Qazaxıstanla imzalanacağı gözlənilir. O bildirib ki, artıq ilin sonuna kimi tikinti işlərinə başlamaq mümkün olacaq.

Qeyd edək ki, TASİM layihəsi BMT tərəfindən də dəstəklənib. TASİM layihəsinə Rusiya, Qazaxıstan, Türkiyə, Çin cəlb edilib. Azərbaycan layihədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi ilə təmsil olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600