Taxtakörpü-Ceyranbatan su kanalında batan gəncin meyiti tapıldı

media-hightechnic-468x90

Ötən gün axşam saatlarında Taxtakörpü-Ceyranbatan su kanalının Sumqayıt şəhəri ərazisindən keçən hissəsində batmış və gecə saatlarında kanalın Ceyranbatan su anbarı ilə birləşən hissəsində aşkar olunmuş 1997-ci il təvəllüdlü Həsənov Zeynalabdin Hüseyn oğlunun meyiti Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə Yenicag.az-a FHN-in Mətbuat xidmətindən bildirilib.

Bundan əlavə, Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” adlanan ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2011-ci il təvəllüdlü Əliyev İbrahim Samir oğlunun axtarışları FHN-in qüvvələri tərəfindən intensiv şəkildə davam etdirilir.

Əlavə məlumat veriləcək.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa