!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tbilisidə qarşıdurmanın yeni MƏRHƏLƏSİ: Gürcüstanın Avropa İttifaqına yolu bağlana bilər

!Reklam – Yazi

“Reallıq budur ki, Gürcüstan parlamentindəki çoxluğu hakim “Gürcü arzusu” deputatları təşkil edir və “Xarici agentlər haqqında” qanun artıq ikinci oxunuşda qəbul olunub”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Fikrət Sadıxov deyib.

O, Gürcüstan parlamenti tərəfindən ikinci oxunuşda qəbul olunan “Xarici agentlər haqqında” qanun layihəsi ilə bağlı paytaxt Tbilisidə başlayan aksiyaları şərh edib.

Qonşu ölkədə baş verən hadisələrə analiz edən F. Sadıxov bildirib ki, hakimiyyətin bununla bağlı geri addım atması inandırıcı görünmür:

“Lakin Gürcüstan cəmiyyətinin nümayəndələri – vətəndaşlar buna etiraz edir. Hakim partiya baş verənləri belə izah edir ki, qanun təkcə Qərbin təsiri ilə bağlı deyil, əksinə, bütün xarici təsirlərin qabağını almaq üçün qəbul edilib. Bu gün sözügedən məsələdə Gürcüstan cəmiyyəti parçalanıb, hətta prezident Salome Zurabişvili şəxsən etirazçıları dəstəkləyir. O da bəyan edib ki, bu qanuna imza atmayacaq. Əgər belə olsa, onda Konstitusiyaya görə, parlament ona qarşı impiçment həyata keçirə bilər. Bu isə qarşıdurmanın yeni bir mərhələsinə anlamına gəlir”.

Siyasi şərhçi hesab edir ki, hakim partiya nümayəndələri və deputatları mövqelərində çox sərt yanaşma nümayiş etdirir:

“Mənə elə gəlir ki, əgər başqa bir qüvvə buna mane olmazsa, onların bu yanaşması qanunun tam təsdiqinə gətirib çıxara bilər. Burada digər məsələ isə ondan ibarətdir ki, bundan sonra Gürcüstanın Avropa İttifaqına (Aİ) qəbul edilməsi məsələsi yenidən gündəmə gələcək. Çünki Aİ rəsmiləri artıq bəyan edib ki, onlar buna yenidən baxa və müzakirə predmetinə çevirə bilər. Eləcə də iddialar var ki, onlar bu qanundan sonra Gürcüstanı Aİ-yə qəbul etməyəcəklər. Görünən odur ki, aparıcı dövlətlər postsovet məkanında öz təzyiqlərini bundan sonra da artırmaq fikrindədir. Faktiki olaraq, onların təzyiqləri də bu kimi qarşıdurmalara gətirib çıxarır”.

Qeyd edək ki, Gürcüstanda getdikcə şiddətlənən etirazlar fonunda polis bir sıra aksiya iştirakçılarına qarşı rezin güllələrdən istifadə edib.

Rafi Müslümov

www.yenicag.az

192
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv