Tbilisidəki aksiyalar NƏYİ DƏYİŞƏCƏK? - GÜRCÜ POLİTOLOQDAN ŞƏRH

media-hightechnic-468x90

“Hazırda aksiyalar əvvəlki kimi kütləvi deyil. Müxalifət yerli özünüidarəetmə orqanlarına seçkilərdə iştirakla bağlı qərar verdikdən sonra aksiyaların intensivliyi azaldı”.

media-1726212280194339943_1200x630

Bu fikirləri gürcü politoloq Badri Naçkebia Yenicag.az-a ölkəsində gedən siyasi prosesləri şərh edərkən deyib.

O bildirib ki, hazırda kənar dəstək olsa belə müxalifətin nəyəsə nail olmaq kimi imkanları yoxdur:

“Buna səbəb həmin qüvvələr arasındakı fikir ayrılıqları və şəxsi ambisiyaların önə çəkilməsidir. Digər tərəfdən hakim partiya üzvləri də sıx birləşib. Bunlar fonunda müxalifətin istəyinə çatacağını demək olmaz. Bundan başqa, “Gürcü Arzusu” hazırda korrupsiyaya qarşı ciddi mübarizə aparır. Ölkənin sabiq baş nazirinə (İrakli Qaribaşvili – red.) qarşı araşdırma aparılıb. Bu da insanların beynində fikir formalaşdırır ki, hökumət öz üzvlərini belə qanun pozuntusuna yol verdikdə bağışlamır. Onu da vurğulamaq lazımdır ki, Qərb və ABŞ də prosesə ciddi təsir göstərmir və etirazlar fonunda da hökumətə təzyiq etmir. Buna görə “Gürcü Arzusu” da müəyyən etdiyi Avrozona və Avroatlantik məkana inteqrasiya siyasətini davam etdirəcək. Amma növbəti mərhələlərdə Avropa İttifaqı və ABŞ siyasətini sərt şəkildə dəyişərsə, o zaman hökumət də ona uyğun siyasətini müəyyən edəcək”.

Məlik Məlikov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa