TƏBİB-dən stomatoloqlarla bağlı qəribə tələb: “Otağı təmir et, hər ay 1 200 manat icarə haqqı ödə!”

media-hightechnic-468x90

Azərbaycandakı dövlət tibb müəssisələrində çalışan stomatoloqlar arasında narazılıq yaranıb.

Yenicag.az unikal-a istinadən xəbər verir ki, narazılığın səbəbi rayon və şəhər tibb mərkəzləri tərəfindən stomatoloqlardan aylıq icra haqqının tələb edilməsidir.

Bu barədə “Facebook”da stomatoloqların qrupunda da çox sayda həkim tərəfindən paylaşımlar edilib. Qeyd olunub ki, paytaxt Bakıda stomatoloqlardan hər iş otağı üçün aylıq 1 800 manat, bölgələrdə isə 1 200 manat pul vəsaiti tələb olunur.

İcarə haqqı tələb edilən otaqlar isə heç biri təmirli deyil və zəruri avadanlıqlarla təşkil olunmayıb. Yəni, dövlət tibb müəssisələrində stomatoloq kimi fəaliyyət göstərən şəxs həm otağı təmir etməli və avadanlıqlar almalı, həm də aylıq icarə haqqı ödəməlidir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600