!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

TƏBİB rəsmisi 2024-cü ilin ilk üç ayı ərzində vətəndaşlara göstərilən tibbi xidmət sayını AÇIQLADI

!Reklam – Yazi

“TƏBİB-in tabeli tibb müəssisələrində 2024-cü ilin yanvar-mart ayları ərzində vətəndaşlara 5 852 017 tibbi xidmət göstərilib”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Sumqayıt Tibb Mərkəzinə keçirilən media-tur zamanı jurnalistlərə açıqlamasında TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova deyib.

Onun sözlərinə görə, TƏBİB tərəfindən tabeli tibb müəssisələrində əhalinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, göstərilən ixtisaslaşdırılmış tibbi xidmətlərin təkmilləşdirilməsi və keyfiyyətinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.

“TƏBİB-in tabeli tibb müəssisələrində 2024-cü ilin yanvar-mart ayları ərzində vətəndaşlara 5 852 017 tibbi xidmət göstərilib. Qeydə alınan tibbi xidmətlərin 888 708-i stasionar, 4 963 309-u isə ambulator şəraitdə göstərilib. Göstərilən tibbi xidmətlərin ümumi sayı 2022-ci ilin yanvar-mart ayları üzrə 96 %, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 24% çox olub”, – deyə o bildirib.

Z.Ədilova əlavə edib ki, TƏBİB-in Kommunikasiya strategiyasına uyğun olaraq, tabeli tibb müəssisələrində ictimaiyyətlə əlaqələr fəaliyyəti təkmilləşdirilir, bu istiqamət üzrə işə ixtisaslı kadrlar cəlb olunur və onların bilik-bacarıqlarının artırılması üzrə vaxtaşırı təlimlər keçirilir, eləcə də mütəxəssislərin fəaliyyəti qiymətləndirilir:

“Sumqayıt Tibb Mərkəzində də İctimaiyyətlə əlaqələr bölməsi mövcuddur. Bölmə tərəfindən müəssisənin fəaliyyətlərinə və Kommunikasiya strategiyasına uyğun olaraq əhalinin məlumatlandırılması və maarifləndirilməsi həyata keçirilir”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

198
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv