Təbiətə 60 min manatdan artıq ziyan vuruldu

media-hightechnic-468x90

Zaqatala rayonunun Göyəm kəndi ərazisində qanunsuz ağackəsmə barədə vətəndaş müraciəti üzrə rayon prokurorluğunda araşdırma aparılıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, araşdırma zamanı rayonunun Göyəm bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində ümumilikdə 51 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə 60 min manatdan artıq ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.4 (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05