Təcavüz edilən qıza 200 şalaq zərbəsi vuruldu-Foto

media-hightechnic-468x90

834d03cd8418Səudiyyə Ərəbistanında qrup şəkildə zorlamanın qurbanı olan 19 yaşlı qıza 200 şallaq zərbəsi və 6 ay həbs cəzası verilib.

Yenicag.az anspress-ə istinadən bildirir ki, qızın cəzalandırılmasının səbəbi başına gələnləri danışması olub.

Zorlanan qız şəriət qanunlarının pozulmasında ittiham edilir. Belə ki, qız zorlanması barədə mətbuata açıqlama verməməli, məhkəməyə müraciət etməlidir.

Səudiyyə Ərəbistanın Ali məhkəməsi tərəfindən çıxarılmış qərar şallaq zərbələrinin sayını iki dəfə artırıb və həbs cəzası çıxarıb. Məhkəmə həmçinin qızın zorlamasına görə ittiham edilmiş yeddi nəfər üçün həbs cəzasının müddətlərini artırıb.

Vəkili Əbdül Rəhman al-Lahemu isə qızı müdafiə etdiyindən onun fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600