TƏCİLİ: Qarabağda erməni təxribatının qarşısı alındı

media-hightechnic-468x90

Azərbaycanın Qarabağ bölgəsində erməni təxribatının qarşısı alınıb.

Yenicag.az “Caliber”ə istinadən xəbər verir ki, Azərbaycan tərəfi müəyyən müddətdə Ermənistan ərazisindən Laçın yoluna alternativ Xələfəli yolundan Qarabağ bölgəsinə silah, sursat və canlı qüvvənin daşınması barədə siqnallar alıb.

“Bu gün növbəti analoji siqnalı alan əməliyyatçılarımız yerdə yoxlama aparmaq üçün yola çıxıblar. Bizim əməliyyatçılar yoldan keçən erməni avtomobilini saxlamaq istəyəndə onun sərnişinləri atəş açıblar. Cavab atəşi nəticəsində təxribatçıların 3-ü zərərsizləşdirilib”, – “Caliber” qeyd edib.

Bugünkü təxribat onu təsdiqləyir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycana qarşı təxribat və təxribat törətməkdə, onun ərazisinə silah-sursat, habelə canlı qüvvə atmaqda davam edir. Məlumdurr ki, Nikol Paşinyanın psevdosülhpərvər ritorikasına baxmayaraq, “miatsum” siyasətini davam etdirmək cəhdləri dayanmır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600