!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

TƏCİLİ: Türkiyədə təyyarə qəzaya uğradı - Yaralılar var

!Reklam – Yazi

Nevşehirdən qalxan təlim təyyarəsi Aksarayda qəzaya uğrayıb.

Yenicag.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, təyyarə Aksarayın Ortaköy mahalının Kirli kəndi yaxınlığında boş sahəyə çırpılıb.

Aksaray valisi Həmzə Aydoğdu Ortaköy rayonunda məcburi eniş edən mülki təlim təyyarəsində olan 2 nəfərin yaralandığını açıqlayıb. Aydoğdu “Anadolu” Agentliyinə bildirib ki, İstanbuldan havaya qalxan təlim təyyarəsi mühərrik nasazlığı səbəbindən rayonun Bozkır və Sarıkaraman kəndləri arasındakı əraziyə məcburi eniş edib.

Şəxsi bir şirkətə məxsus təlim təyyarəsində iki pilotun olduğunu bildirən Aydoğdu, “Magistral yola 700 metr aralıda bir yerə məcburi eniş etdi. Pilotlarla telefonla danışdım, vəziyyətləri yaxşıdır”, – deyə qeyd edib.

Aydoğdu, iki pilotun yaralandığını, qrupların qəza yerinə çatdığını və yaralı pilotların xəstəxanaya aparıldığını qeyd edib.

www.yenicag.az

226
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv