Tehran-Moskva aviareysi ləğv olundu
Bu gün səhər Tehrandan Moskvaya uçuşlar Rusiyadakı əlverişsiz hava şəraiti ilə əlaqədar ləğv olunub. Bunu “İranAir”-in mətbuat xidmətinin rəhbəri Şahrox Nuşabadi deyib.
Ş.Nuşabadi deyib ki, Moskvada mövcud olan əlverişsiz hava şəraitinə görə Tehran-Moskva reysi müvəqqəti ləğv olunub və onun yenidən bərpası hava şəraitindən asılıdır.
Qeyd edək ki, Moskvada bir neçə gündür ki, qar və şaxtalı hava şəraiti hakimdir. Bu səbəbdən son bir neçə gündə Moskva hava limanında bəzi uçuşlar ləğv olunub(trend).