Tehranda “3+3” formatında XİN rəhbərlərinin görüşü keçiriləcək

media-hightechnic-468x90

Sabah İranın paytaxtı Tehranda xarici işlər nazirlərinin iştirakı ilə “3+3” formatında ikinci görüş keçiriləcək.

Yenicag.az bu barədə İRNA-ya istinadən xəbər verir.

Məlumata görə, görüşdə siyasi, iqtisadi, təhlükəsizlik, nəqliyyat, enerji sahələrində regional əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Nəşr qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sülh və normallaşma prosesinin cari vəziyyətindən də danışılacaq.

Qeyd edək ki, ilk dəfə “3+3” formatında görüş ötən il Gürcüstanın iştirakı olmadan Moskvada baş tutub. “3+3” formatına Gürcüstan, Ermənistan, Azərbaycan, Rusiya, İran və Türkiyə daxildir./Report/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600