“Təhsil sistemimiz tərs qurulub” - Nazir

media-hightechnic-468x90

“Təhsil yolu islahatını addım-addım getməliyik. Problem olan yerdə islahatdan söhbət gedir. Əsas hədəfimiz də mövcud problemlərin həllinə nail olmaqdır”.

Yenicag.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev paytaxtdakı təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.

Nazir bildirib ki, təhsildə ən əhəmiyyətli dövr erkən yaş dövrüdür:

“Təhsil sistemimiz sanki tərs qurulub. Qabaqcıl ölkələrdə erkən yaşdakı uşaqlara tədris verənlər ən yüksək təhsil biliyinə malik olan şəxslərdir. Bizdə isə bağçalarda təhsilverənlərin, demək olar ki, yarısı bu sahədə təhsili olmayanlardır. Hansı rayonda ibtidai sinif müəllimlərinin bilik səviyyəsi ilə bağlı problem varsa, orada uşaqların da bilik səviyyəsi aşağıdır”.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600