Teleaparıcı həyat yoldaşını bıçaqladı-Fotolar

media-hightechnic-468x90

nabilla3_34fj484746Fransanın məşhur teleaparıcılarından biri, “Les anges de la téléréalité” realiti-şousundakı iştirakından sonra populyarlaşan 22 yaşlı Nabilla Benattia həbs olunub.

O, ötən ildən bəri qeyri-rəsmi nikahda yaşadığı rejissor və ssenariçi Tomas Verqaranı bıçaqlamaqda suçlanır.

Boğazından və sinəsindən dəfələrəl bıçaqlanmış T.Verqaranın durumu kritikdir. O, hazırda Parisdəki “Georges Pompidou” hospitalının intensiv terapiya bölməsindədir.

Əslən İsveçrə vətəndaşı olan, anası italyan, atası isə əlcəzairli Benattia əri ilə “Les anges de la téléréalité” realiti-şousunda tanış olunmuşdu.

N.Benattianın ərini Fransanın paytaxtı Parisin yaxınlığındakı Bulon-Biyankur (Boulogne-Billancourt) səmtindəki oteldə bıçaqladığı vurğulanır.
Hadisə yerinə çağırılmış polisə Benattia “Ərim üç kişinin hücuimuna məruz qaldı, onu ağır yaralayıblaar” deiyb.

Polisdən verilən məlumata görə, Benattia ərini otel otağında bıçaqlayıb, sonra onu sürüyərək otelin həyətinə atıb.
Tomas Verqara isə polisə arvadından şikayət etmək istəmədiyini bildirib.

N.Benattianın prodümeri Ceremi Mişalakın dediyinə görə, teleaparıcı şokdadır və sualları cavablamır.

“Bimbo” ləqəbli Nabilla Benattia yeniyetməlik illərində fırıldaqçılıqda suçlanaraq 1 ay həbsxanada cəza çəkmişdi. Ötən il isə onu Fransada dəmiryolçuya tüpürdüyünə görə saxlamışdılar.

“Voici” jurnalının ötən il keçirdiyi sorğuda Nabilla Benattia Fransada “Ən sevilən insan” seçilmişdi.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600