Teleaparıcının 4 ay ömrü qalıb-Video
Amerikalı teleaparıcı canlı efirdə öz ölümcül xəstəliyindən danışıb.
WCIA telekanalının Deyv Benton adlı aparıcısı xəbərlər buraxılışının əvvəlində tamaşaçılara “ailə üzvləri kimi” xəbər verib ki, onun altı aylıq ömrü qalıb.
Aparıcı efirdə bildirb ki, onun beynində yenidən bədxassəli şiş əmələ gəlib. “Bir neçə həftə əvvəl mən öyrəndim ki, məndə yenidən beyin xərçəngi yaranıb”, – deyə aparıcı canlı efirdə bildirib.
Benton deyib ki, bu şiş əməliyyat oluna bilməz. Həkimlərin sözlərinə görə, onun 4-6 aylıq ömrü qalıb. Bütün bunlara baxmayaraq, o, bacardığı qədər işləyəcək.
“Mən dəstəyə, dualara və açıqcalara görə hamıya təşəkkür edirəm. Bu, mənim üçün çox əhəmiyyətli idi. Bu, mənim həyatımı dəyişdi”, – deyə aparıcı sözlərini tamamlayıb.