Tələbə təqaüdlərində artım olacaq? - AÇIQLAMA

media-hightechnic-468x90

Yaxın aylarda tələbə təqaüdlərinin artırılması gözlənilmir.

media-banner_tkm

Yenicag.az-a açıqlamasında iqtisadçı Əkrəm Həsənov bildirib ki, hazırda hər hansı məlumatın olmaması yaxın aylarda artımın gündəmdə olmadığını göstərir.

media-1680802189_936

“Tələbə təqaüdlərinin artırılması planlaşdırılsaydı, yəqin ki, ilin sonuna qədər bəyan edilərdi. Məlumat yoxdursa, deməli, ən azı yaxın aylarda bu, planlaşdırılmır”.

Eyni zamanda ekspert qeyd edib ki, məhsul və xidmətlərin qiymətlərində müşahidə olunan artım tələbələrin sosial vəziyyətinə ciddi təsir edir və təqaüdlərin artırılmasına real ehtiyac var. Lakin mövcud iqtisadi şərtlər bu ehtiyacın qarşılanmasını çətinləşdirir.

“Biz başa düşürük ki, Azərbaycan dövlət büdcəsi gələn ilə müəyyən çətinliklərlə daxil olur. Bu səbəbdən tələbə təqaüdlərinin artırılmasının hazırkı mərhələdə real olmadığını düşünürəm”.

Sona Əliyeva

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05