Tələbələr “Xocalıya ədalət”ə səsləyirlər
Azərbaycan Kooperasiya Universitetinin Tələbə Gənclər Təşkilatı (AKU TGT) 26 fevralda baş vermiş Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuş irimiqyaslı aksiya keçiriblər.
Bu məqsədlə AKU tələbələri əllərində qara lövhələr tutaraq, univeristetin həyətində ingilis dili Xocalı sözü (“Khojaly”) formasında düzülüblər. Eyni zamanda onların yanında Azərbaycan bayrağı da dalğalandırılıb.
Aksiyanın əsas məqsədi 23 il öncə ermənilər tərəfindən Xocalıda, dinc Azərbaycan xalqına qarşı törədilmiş soyqırıma dünya ictimaiyyətinin diqqətini cəlb etmək, bu cinayətin beynəlxalq səviyyədə tanınmasından ibarət idi.
Qeyd edirik ki, Xocalının 23-cü ildönümü ölkəmizlə yanaşı, bir sıra Avropa ölkələrində, ABŞ-da, Kanadada, Cənubi Amerikada və s. yerlərdə geniş tədbir və aksiyalarla qeyd edilir.