Tələbələrimizə “kitayski” təqaüd veriləcək

media-hightechnic-468x90

mnbmbnÇin hökuməti 2014-2015-ci tədris ili üzrə Azərbaycan tələbələri üçün təqaüd proqramı elan edir.

Təhsil Nazirliyindən virtualaz.org saytına verilən məlumata görə, 2012-ci ildən Azərbaycan və Çinin Təhsil nazirlikləri arasında ikitərəfli əməkdaşlıq sazişi var.

Proqrama əsasən hər iki ölkənin vətəndaşları qarşı ölkənin ali məktəblərində arzu etdikləri ixtisas üzrə təhsil ala bilərlər.

Qeyd edək ki, Çin ali məktəblərində 26 nəfər Azərbaycan vətəndaşı biznes, iqtisadiyyat, turizm, tibb ixtisasları üzrə təhsil alır. Universitetlərdə tədris Çin dilində aparılır. Buna görə də azərbaycanlı tələbələr bir il müddətində Çin dili üzrə kurs keçirlər. Seçim aprelin 2, 3 və 4-də Təhsil Nazirliyində keçiriləcək.

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600