Telekanallarımızda efirin əsas hissəsini hansı proqramlar təşkil edir? - STATİSTİKA AÇIQLANDI

media-hightechnic-468x90

Azərbaycanda ümumölkə yerüstü televiziya yayımında olan kanalların 2023-cü ilin noyabr ayında informasiya və analitik proqramların özəl çəkisi ən çox olmaqla ümumi payın 25 faizini təşkil edib.

media-banner_tuq

Bu barədə Audiovizual Şuranın təqdim etdiyi televiziya proqramlarının janrlar üzrə bölgüsü və hər bir kanal üzrə ayrı-ayrılıqda statistikasında qeyd olunub.

Statistikaya əsasən, reklam və sponsor proqramları 16,6%, idman 15,3 %, musiqi və əyləncə janrında olan proqramlar 12,1%, mədəni-maarif janrında olan proqramlar 9,7%, sosialyönümlü proqramlar 5,7%, bədii filmlər 3,9%, anons və elanlar 3,4%, seriallar (xarici istisna olmaqla) 2%, sosial reklamlar 0,8%, cizgi filmləri və bədii filmlər (yerli istehsal) 0,6%, teleticarət xarakterli proqramlar 0,5%, uşaq proqramları 0,4% təşkil edib.

Ayrı-ayrı telekanalların statistikasına əsasən, Azərbaycan Dövlət Televiziyasında efirin ən çox hissəsi informasiya və analitik proqramlardır. Onların özəl çəkisi 43,8% təşkil edib. Reklam və sponsor təqdimatları 18,7%, mədəni-maarif janrında olan proqramlar isə 7,2%-dir.

“İctimai Televiziya”da ümumi efirin ən çox hissəsini 25,5 faizlə informasiya və analitik proqramları təşkil edir. Mədəni-maarif janrında olan proqramlar 21,9%, bədii filmlər (xarici istehsal) isə 8,3%-dir.

ATV-də musiqi və əyləncə janrında olan proqramlar üstünlük təşkil edir. Onlara ümumi efirin 18,5% ayrılıb. Bu kanalda reklam və sponsor təqdimatları 17,7%, sosialyönümlü proqramlar 15,5%-dir.
“Space TV”də reklam və sosial təqdimatları efir vaxtının 20%-ni təşkil edir, musiqi və əyləncə proqramları 19,4%, sosialyönümlü proqramlar 18, 5%-dir.

“Xəzər TV”də ən çox pay reklam və sponsor təqdimatlarıdır. Onların çəkisi 20,10 faiz təşkil edir. Musiqi və əyləncə janrında olan proqramların payı 19,4%, informasiya və analitik proqramlar 15,9%, mədəni-maarif janrında olan proqramlar isə 10,5%-dir.

ARB televiziyasında ən çox pay sahibinə malik 24%-lə musiqi və əyləncə janrında olan proqramlardır. Sosialyönümlü proqramlar 16,4%, informasiya və analitik proqramlar isə 12, 9%-dir.

“Real TV” və “ARB24” telekanalları informasiya istehsalı üzrə ixtisaslaşdıqlarından efir vaxtının ən çox özəl çəkisi informasiya və analitik proqramlar təşkil edir – müvafiq olaraq 61,6% və 79,8%.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05