Tənhalığın portreti - Elçin Mirzəbəyli “Labirint”dən yazdı

media-hightechnic-468x90

Yazıçı İmamverdi İsmayılovun “Labirint” povesti haqqındadüşüncələrim

Şübhə yıxdı, sökdü səni

Öz içini pusan adam.

Ha sağa çök, ha sola çək

varsansa

Osan, adam.

Haq yolundan əl üzülsə,

İp çəkilsə

Yol süzülsə

Dodağından bal süzülsə

İçin zəhər qusar, adam.

Cismin qəlib duyğulara

Mayası kif duyğulara

İncə, zərif duyğulara

Çəpər adam, hasar adam.

Sən zülmətsən,

Yanan şamam

Dəyişmişik

Olsun

Tamam

mən əvvəlki adamam,

sən əvvəlkisən, adam.

Yazıçı İmamverdi İsmayılovun “Labirint” əsəri haqqında yazıma16 il öncə qələmə aldığım şeirlə başlamağım təsadüfi deyil. “Öziçini pusan”, “içində var-gəl edən”, hətta təbiətin gözəlliyindən, otun rəngindən, çiçəyin qoxusundan xoflanan, kölgəsindən beləşübhələn adamlar hər birimizin ətrafında olub və olacaqlar da. Amma İmamverdi İsmayılovun “Labirint”ində “öz içini pusanadam”lara, ruhunu gündə yüz yol çarmıxa çəkənlərə, varlığıyladidişənlərə tamamilə fərqli bir yanaşma var və ən önəmlisi isə“sən nə üçün beləsən” qınağı yoxdur. “Labirint”in başqəhrəmanı kölgəsi göydələnlər olan soyuq şəhərlərin minlərlə, bəlkə də onminlərlə özünü içindən yeyən və insan kimivaroluşuna, duyğularına və hətta düşüncələrinə belə tədrici ölümhökmü kəsən sakinlərindən biridir. O şəhərlərin ki, göydələnlərinin kölgəsində minarələri üşüyür, dualar əyri-üyrüeyvanların dəmir barmaqlıqlarına ilişib qalır, salavat üzlərə, azan səsi qulaqlara çırpılır…

Əzablar dolanbacında

Müasir Azərbaycan nəsrində insanın daxili aləmini, onunmənəvi sarsıntılarını, tənhalığını və varoluş ağrılarını bədiişəkildə təqdim edən əsərlər xüsusi əhəmiyyət daşıyır. İmamverdi İsmayılovun “Labirint” povesti də məhz belə əsərlərsırasındadır. Müəllif zahirən sadə görünən bir insanın bir günlükhəyatını təsvir etsə də, əslində oxucunu insan şüurunun, yaddaşının, qorxularının, ölüm düşüncəsinin və mənəvitənhalığın sonsuz dəhlizlərinə aparır.

Əsərin adı təsadüfi seçilməyib. İmamverdi İsmayılovun“Labirint”i daşdan, divardan və ya keçidlərdən ibarət deyil. Bu, insan beyninin, ruhunun və düşüncələrinin yaratdığı görünməzməngənədir. Povestin qəhrəmanı həmin labirintdə ruhunuarxasınca kölgə kimi sürüyən, düşüncələrinin dalanına dirənmiş ömür yolçusudur… O, əsər boyu küçələrdə gəzir, insanlarlaqarşılaşır, xatirələrə qayıdır, lakin əslində öz içində dolaşır və çıxış yolu tapa bilmir.

Əsərin altbaşlığı – “Bir ölüm haqqında povest” – ilk baxışdaəsərin sonluğundan xəbər verir. Lakin müəllif burada fizikiölümün təsvirindən daha çox mənəvi ölümün, yaşamaqhəvəsinin tükənməsinin, insanın öz daxilində sönməsininfaciəsini təqdim edir.

“Labirint” klassik süjet xəttinə malik əsər deyil. Buradahadisələrdən daha çox düşüncələr danışır. Müəllif hadisələriardıcıllıqla təqdim etmək əvəzinə qəhrəmanın daxilimonoloqunu ön plana çıxarır.

Povest həkim qəbulundan başlayır. Qəhrəman uzun müddətdironu narahat edən psixoloji problemlərdən söz açır. Həkim onunvəziyyətini obsesiv-kompulsiv pozuntu kimi qiymətləndirir. Lakin əsərin əsas yükü tibbi diaqnozda deyil. Buradan başlayaraq oxucu qəhrəmanın iç dünyasına daxil olur. Əsər boyu o, küçələri gəzir, insanları müşahidə edir, yas mərasimləri barədə düşünür, qəbiristanlıq haqqında fikirləşir, uşaqlığını xatırlayır, anasının xatirələri ilə yaşayır, həyatın mənasını axtarırvə ölümə yaxınlaşdığını hiss edir.

Bütün bunlar zahiri hərəkətdən daha çox daxili dinamikayaradır. Əsər kompozisiya baxımından spiralvari quruluşa malikdir. Qəhrəman daim ölüm, tənhalıq, yaddaş, qorxu, vicdan, keçmiş və həyatın mənasızlığı kimi eyni mövzulara qayıdır. Bu təkrarlar, şübhəsiz ki, təsadüfi deyil. Onlar qəhrəmanın xəstəliyinin və psixoloji durumunun bədii ifadəsidir.

Adsız insanın ümumbəşəri faciəsi

Əsərin ən maraqlı cəhətlərindən biri qəhrəmanın adının çəkilməməsidir. Zənnimcə, bu yanaşma təsadüfi deyil. Müəllif qəhrəmanı konkret fərd olmaqdan çıxarıb ümumiləşdirilmişobraza çevirir.

“Labirint”in qəhrəmanı həm müasir insanın simvoludur, həm də hər birimizin daxilindəki qorxu və narahatlığın təcəssümüdür. O, xəstədir, lakin onun xəstəliyi tibbi xəstəlik deyil. O dərdlidir. Amma onun dərdi tənhalıqdır, unutqanlıqdır, həyatın mənasını itirməkdir, ölüm qorxusudur.

Yazıçı İmamverdi İsmayılovun yeni əsərinin qəhrəmanın ən böyük faciəsi onun, davamlı olaraq, heç kimə lazım olmadığınıdüşünməsidir. O, dəfələrlə özünə “Kimə lazımam?” sualınıverir. Bu sual əslində povestin əsas sualıdır. İnsan özünü gərəkli hiss etməyəndə yaşamaq eşqini itirir. Müəllif bu ağrılı prosesison dərəcə incə psixoloji detallarla təqdim edir.

Povestdə görünməyən, lakin ən güclü obrazlardan biri anadır.Ana fiziki olaraq yoxdur, amma əsər boyunca xatirələrdə, dualarda… yaşayır.

Qəhrəman ən çətin anlarında anasının sözlərini xatırlayır. Ana burada sadəcə valideyn deyil. O vicdanın səsidir, milli yaddaşdır. mənəvi dayağın təcəssümüdür.

Povestin ən təsirli məqamlarından biri qəhrəmanın son andaanasını axtarmasıdır:

“Ay ANA! Sən hardasan?”

Bu nida əslində insanın son sığınacaq və bəlkə də “Labirint”ingeruyədönüş, çıxış yolunun axtarışıdır.

Povestin əvvəlində haqqında söz açılan həkim obrazı maraqlısemantik yük daşıyır. O, savadlıdır, diaqnozu düzgün qoyur, problemi izah edir, lakin qəhrəmanın dərdinə əlac edə bilmir.Çünki insan ruhunun ağrılarını dərmanla sağaltmaq mümkün deyil.

Ölüm fəlsəfəsi və yaşam dilemması

“Labirint” ilk növbədə ölüm haqqında əsərdir. Amma müəllif ölümə adi hadisə kimi baxmır. İmamverdi İsmayılovun əsərində ölüm həyatın sonu deyil, insanın, bəlkə də ən güclüözünütanıma, özünüdərketmə vasitəsidir.

“Labirint”in qəhrəman ölümə hazırlaşır, amma onun qorxduğu ölümün özü deyil. O, anlamsız, heç bir məna yükü olmayan bir ömrü yaşamaqdan qorxur. Düşünürəm ki, məhz bu məqam əsəri ekzistensial fəlsəfəyə yaxınlaşdırır. İmamverdi İsmayılovun qəhrəmanı öz tənhalığı, ömrünün mənasızlığı ilə üz-üzədir vəöləcəyini bildiyi üçün deyil, niyə yaşadığını bilmədiyi üçün əzab çəkir.

Əsərin mühüm xüsusiyyətlərindən biri onun psixoloji realizmin özünəməxsus bir üslubda təqdimatıdır. Müəllif obsesiv-kompulsiv pozuntunu son dərəcə inandırıcı şəkildə təqdim edir.Onun qəhrəmanı qapını təkrar-təkrar yoxlayır, işığı söndürüb-söndürmədiyini düşünür, saymaq vərdişindən qurtula bilmir, eyni fikirləri dönə-dönə düşüncəsinin süzgəcindən keçirir.Bütün bunlar isə sadəcə xəstəliyin təsviri deyil. Müəllif bununla müasir insanın psixoloji vəziyyətini göstərir. Bugünkü insan dadaim narahatdır. daim şübhə içindədir və daim öz içini pusur. Bu baxımdan, “Labirint”in qəhrəmanı, əslində müasir insanın ümumiləşdirilmiş obrazıdır.

Dil və üslubun zənginliyi

İmamverdi İsmayılovun ən böyük uğurlarından biri, üslubunun özünəməxsusluğu və əsərlərinin dilidir. Yazıçı müxtəlif söz oyunları vasitəsilə maraqlı fikirlər zənciri yarada və hətta oxucunu müəyyən bir zaman kəsiyində öz üslubunun aludəçisinə çevirə bilər. Lakin bu quyruqlu kometin ulduz kimi görünmək cəhdindən başqa bir şey olmayacaq. İmamverdi İsmayılovun əsərlərini fərqləndirən ən mühüm məqamlardan biri yazıçının hansı janrda və hansı mövzuda yazmasından asılı olmayaraq, onun Azərbaycan ədəbi dilinə olan nəhayətsiz sevgi və ehtitamının hər cümlədə hiss olunmasıdır. Bu səbəbdən, düşünürəm ki, yazıçının digər əsərləri kimi “Labirint” də dil baxımından müasir Azərbaycan nəsrinin diqqətəlayiq nümunələrindən sayıla bilər.

Simvollar ekspozisiyası

Povest simvollarla zəngindir. Şübhəsiz ki, əsərin əsas simvolulabirintdir və insan şüurunu və çıxılmazlığı ifadə edir.

Əsərin finalında yağan yağış göz yaşını simvolizə etməkləyanaşı, qəhrəmanın daxili ağrısının göylərə köçməsini xatırladır.

Azan səsi əsərin əvvəlindən sonunadək qəhrəmanı müşayiətedən ilahi çağırışdır.

Hündür bina müasir insanın tənhalığının və çarəsizliyininrəmzidir.

Bu mənada,  “Labirint” bu günün insanı haqqında yazılmışəsərdir. Yaşadığımız həyatın hər addımında barışmazziddiyyətlər kök salıb. Texnologiya inkişaf edib, ünsiyyətimkanları çoxalıb, amma tənhalıq və tənhalıq qorxusu daha da artıb.

İmamverdi İsmayılovun əsərinin qəhrəmanı böyük şəhərdəyaşayır, ətrafında minlərlə insan var, lakin o, təkdir. Bu günmilyonlarla insan hər gün eyni hissi yaşayır.

Müasir dövrün digər problemi isə xroniki psixolojiyorğunluqdur. Depressiya, təşviş, panik atak, obsesiv hallarmüasir dövrdə geniş yayılıb. İmamverdi İsmayılov bu problemibədii şəkildə təqdim etməklə cəmiyyətin görünməyən yarasınatoxunur.

Bütün bunlarla yanaşı, əsərdə eyni zamanda mənəvi deqradasiyaproblemini zərgər dəqiqliyi ilə, hayqımadan, gözə sıçradılmadanqabardıldığını da deyə bilərik.

Qəhrəman dəfələrlə saxtalıqdan, etibarsızlıqdan, münasibətlərinsüni xarakter almasından şikayət edir. Bu müşahidələr, istisnasızolaraq, konkret obrazın deyil, müasir insanın ümuminarahatlıqlarının ifadəsidir.

Povest müasir insanın obrazının dərin psixoloji təhlilinə, dərinfəlsəfi qatına, canlı xalq dili, zəngin metaforalar sisteminə, təsirli daxili monoloqlara, yüksək emosional enerji, həmçinininsanın iç dünyasının milli-mənəvi düşüncə və müasirpsixologiyanın vəhdətindən yaranan baxış bucağından uğurluyozumuna görə də fərqlənir. Müəllif hadisədən daha çoxdüşüncəni, süjetdən daha çox insan ruhunu təqdim etməyibacarır. Bu isə əsəri sıravi məişət povesti çərçivəsindənçıxararaq dərin fəlsəfi-psixoloji nəsr nümunəsinə çevirir.

Bu baxımdan, hesab edirəm ki, yazıçı İmamverdi İsmayılovun “Labirint” povesti müasir Azərbaycan nəsrində insanın daxili dünyasını, onun qorxularını, tənhalığını və ölüm qarşısındakı acizliyini yüksək bədii ustalıqla təqdim edən çox dəyərli əsərlərdən biridir.

“Labirint” öz daxilində yolunu itirmiş müasir insanın hekayəsidir. Müəllif göstərir ki, insanın ən mürəkkəb labirinti şəhərlər, küçələr və ya tikililər deyil. Ən mürəkkəb və keçilməzlabirint insanın öz beynində, yaddaşında və qəlbində qurduğu labirintdir.

“Labirint” oxucunu yalnız bir qəhrəmanın taleyi ilə tanış etmir. O, hər kəsi öz daxilinə baxmağa, həyatın mənası, ölümün qaçılmazlığı, insan münasibətlərinin dəyəri və insanın mənəvi dünyasının əhəmiyyəti haqqında düşünməyə məcbur edir. Məhz buna görə əsər yalnız bir dövrün deyil, bütün zamanların insanlarına ünvanlanmış fəlsəfi və bədii etiraf təsiri bağışlayır.

İmamverdi İsmayılov bu povestdə insan ruhunun ağrılarını, gizli qorxularını və çıxılmazlıq hissini milli təfəkkür, folklor yaddaşı və zəngin Azərbaycan dili ilə birləşdirərək yadda qalan, uzun müddət düşündürən və təkrar oxumağa sövq edən bir əsər yaratmağa nail olub. Bu mənada “Labirint”, sadəcə ölümə aparant dolanbacların təsviri haqqında deyil, həm də yaşamağın mənası haqqında yazılmış dərin fəlsəfi-publisistik bədii etiraf, Azərbaycan nəsrinin tarixində qalacaq şox dəyərli bir nəsr nümunəsidir.

Elçin Mirzəbəyli

Milli Məclisin deputatı, Əməkdar jurnalist

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05