Teokratik rejimin son zərbəsi haradan gələcək? – Politoloqdan İran proqnozu

media-hightechnic-468x90

“İranın raket atəşinə tutduğu ərəb ölkələri İrana qarşı əməliyyatlara qoşula bilər.”

media-banner_tuq

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Xəqani Cəfərli bildirib.

Politoloq ərazilərində ABŞ hərbi bazası yerləşən ölkələrin İrana qarşı əks həmlə etmə ehtimalı haqqında danışıb:

“İsrail və ABŞ-ın hücumuna cavab olaraq İran ordusu Kuveyt, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, Bəhreyn, Qətər və İordaniyaya zərbələr endirir. Bu zaman həmin ölkələrdəki ABŞ bazalarından daha çox mülki infrastrukturlar hədəf alınır. Bu isə həmin ölkələrin İrana qarşı hərbi əməliyyatlara qoşulacağı ilə bağlı xəbərlərin yayılmasına səbəb olub. Hətta Qətərin artıq İrana zərbələr endirməsi haqqında məlumatlar yayılıb. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyinin İrana qarşı əməliyyatlara qoşulmağa hazırlaşması haqqında da məlumatlar yayılıb.

Qənaətimcə, adları qeyd olunan ərəb dövlətləri İranın raket gücünün qırılmasını gözləyəcəklər. İranın hərbi gücünün zərərsiz hala gətirildiyinə əmin olduqda tərəddüdsüz hərbi əməliyyatlara qoşulacaqlar. Unutmayaq ki, Birləşmiş Ərəb Əmirliyi ilə İran arasında ərazi mübahisəsi var. Digər tərəfdən zəngin neft və qaz yataqlarına malik Əhvaz bölgəsinin İrandan ayrılması da ərəb dövlətlərinin maraqlarına uyğundur. Ona görə İranın zəiflədiyini, müqavimət gücünün minimmuma düşdüyünü gördükdən sonra hərbi əməliyyata qoşulacaqlar. Bu isə yalnız həmin ərəb dövlətlərinə aid deyil. İranın hərbi gücün dağıdıldığını, müqavimət qabliyyətinin olmadığına əmin olduqdan sonra başqa dövlətlər də hərbi əməliyyatlara qoşulacaqlar. Hitler Almaniyasının məğlub olacağına əmin olduqdan sonra fazişmə müharibə elan edənlərin sayı həndəsi silsilə ilə artdığı kimi, İranın müqavimət gücünün qalmadığına əmin olandan sonra teokratik rejimə qarşı çıxanların da sayı artacaq.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05