Terimin cəzası artırıldı

media-hightechnic-468x90

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi “Qalatasaray”ın baş məşqçisi Fatih Terimə daha 3 oyunluq cəza verib və 14 min türk lirəsi məbləğində cərimələyib.

Yenicag.az xəbər verir ki, buna onun Çempionlar Liqasının qrup mərhələsində “Şalke” ilə oyundan sonra keçirilən mətbuat konfransıda federasiya və hakimlərin əleyhinə səsləndirdiyi fikirlər səbəb olub.

Qeyd edək ki, F.Terim bundan əvvəl “Fənərbaxça” ilə matçda hakimləri təhqir etdiyi və oyundan sonra açıqlamalarında etik qaydaları pozduğu üçün 7 oyunluq cəzalandırılmış və 65 min lirə cərimələnmişdi. O, cəzasının bir oyununu ölkə çempionatında “Kayserispor”la görüşdə çəkib.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600