Fərat çayının şimalında mövqelənmiş YPG/SDQ/PYD terror qruplaşamaları qondarma “dövlətləşmə” üçün avqustda yeni “bələdiyyə seçkiləri” keçirməyə hazırlaşır.
Yenicag.az xəbər verir ki, bu barədə “Caucasian Live” “Telegram” kanalı məlumat yayıb.
Kanal yazır ki, qondarma “seçkidə” iştirak üçün “namizədlərdən” PYD terror təşkilatına üzv olmaq tələb olunur.
“Xatırlatmaq lazımdır ki, buna qədər PYD tərəfindən elan edilən “konstitusiyada” xalqları sinfə bölmüşdü. Bölgüyə əsasən, kürdlər birinci sinif xalq, assuriyalıların təhlükəsizliyi təmin edən qrup elan edilməli, ərəblər və türkmanlar isə deportasiya məruz qalmalı idi”, – deyə məlumatda bildirilir.
“Vurğulamaq lazımdır ki, bu yanaşma demoqrafik reallıqla üst-üstə düşmür. YPG/SDQ/PYD-nin nəzarət etdiyi ərazilərdə kürdlər ümumi əhalinin cəmi 15-20 faizini təşkil edir. Əhalinin böyük əksəriyyəti isə ərəbdir. Türkiyə və Suriya hökumətləri arasında ehtimal edilən görüş öncəsi YPG-nin yeni bələdiyyə seçkiləri gərginliyi artıra bilər. Türkiyə YPG-nin dövlətləşməsinə imkan verməyəcəklərini və hərbi müdaxilənin belə masada olacağını bildirib”, – deyə məlumatda qeyd olunub.
Rafi Müslümov
www.yenicag.az