!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Terrorçular Afrindəki mövqelərini Əsədə verir - Məxfi razılaşma

!Reklam – Yazi

YPG Əsəd rejimi ilə məxfi razılaşma əldə edib. Bu barədə informasiyanı Livanın “Əl Mayadin” televiziyası yayıb. İddiaya görə, YPG/PKK qruplaşması Afrindəki mövqelərini Əsədə verməyə razılaşıb.

Qeyd edək ki, Türkiyə yanvarın 20-dən etibarən Afrində YPG-yə qarşı “Zeytun budağı” əməliyyatını həyata keçirir.

Yenicag.az-a açıqlamasında sözügedən televiziya kanalının yaydığı informasiyanı dəyərləndirən siyasi icmalçı Vüqar Ziferoğlunun fikrincə, Türkiyənin Suriyada irəliləməsində maraqlı olmayan İran və Rusiyanın sözügedən istiqamətdə addım atacağı müəyyən mənada inandırıcı görünür:

“Beynəlxalq media orqanlarının informasiyalarını dəyərləndirərkən ilk növbədə həmin məlumatın hansı kanaldan və hansı məqsədlə yayılmasını təhlil etməliyik. Sözügedən informasiyanı təhlil etdikdə isə maraqlı bir məqam ortaya çıxır. Belə ki, yuxarıda qeyd olunan informasiyanı Hizbullahın təsiri altında olan aparıcı kanallarından biri yayıb. Belədə bütün bunlar zəncirvari şəkildə açılmağa başlayır. Əslində, YPG-PYD qüvvələrinin Əsəd rejimilə münasibətinin normallaşmasına hər zaman İran və Rusiya maraq göstərib. Bilirsiniz ki, Afrin əməliyyatı başlamazdan dan qabaq İranda YPG-PYD qüvvələrilə Tehran rəhbərliyinin görüşü oldu. Eyni zamanda, Rusiya da dəfələrlə bu qüvvələrlə Əsəd rejimi arasında vasitəçi olmaq istəyib. Prinsipcə, onların həmin xarici qüvvələr vasitəsilə Türkiyənin irəliləməsinin qarşısını almaq üçün əllərindəki vacib nöqtələri Əsəd rejimi qüvvələrinə təhvil verməsi müəyyən mənada inandırıcı görünür. Çünki Türkiyənin irəliləməsi, hətta Mənbicin hədəf olaraq göstərilməsi, bu istiqamətdə üçüncü mərhələnin elan edilməsi, əslində, təkcə Qərbin deyil, müəyyən mənada Moskva ilə Tehranın da maraqlarına cavab vermir. Yəni Türkiyənin irəliləməsi bu qüvvələrin Suriyadakı nüfuzuna, əldə etdikləri mövqelərə təhdid xarakteri daşıyır. Bu mənada onların Əsəd rejimilə, hətta kürdlər qismində müxalif qüvvələr arasında konsolidasiya əldə etmələrinə çalışmaları gözlənilən idi. Türkiyənin isə hədəfləri bəllidir. Afrin əməliyyatını uğurla davam etdirir. Növbəti hədəf kimi də Mənbic elan edilib. Yəni Ankara qarşıya qoyduğu məqsədə doğru addım-addım irəliləməkdədir. Bu mənada düşünmürəm ki, Türkiyə qarşıya qoyduğu hədəflərindən vaz keçəcək”.

ELÇİN

www.yenicag.az

2091
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv