Terrorçuların köməkçisi həbs edilib

media-hightechnic-468x90

UHUkrayna Təhlükəsizlik Xidməti (UTX) may ayında Donetsk hava limanına terrorçuların daxil olmasını təmin edən UTX-nin keçmiş işçisini həbs edib.

Bu haqda Ukrayna Təhlükəsizlik Xidmətinin sözçüsü Elena Qitlyanskaya açıqlama verib.

Onun sözlərinə görə, satqın həbs edilib və ona qarşı cinayət işi açılıb.

Xatırladaq ki, may ayında Donetsk vilayətində Ukrayna Təhlükəsizlik Xidməti İdarəsinin əməkdaşı öz giriş kartından istifadə edərək Donetsk hava limanının inzibati binasına terrorçuların girməsini təmin etmişdi.

Bununla bağlı UTX Donetsk beynəlxalq hava limanında quraşdırılmış müşahidə kameralarına düşən kadrlar açıqlanıb.

(topnews.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600