Terrorçuların səhra komandiri məhv edildi

media-hightechnic-468x90

Türkiyə Silahlı Qüvvələri Suriyanın Haseke vilayətində YPG-nin (PKK terrorçularının Suriya qanadı – red.) səhra komandirini məhv edib.

Yenicag.az xəbər verir ki, Türkiyə ordusuna məxsus pilotsuz uçuş aparatları (PUA) terrorçulara məxsus avtomobil karvanını bombalayıb.

Belə ki, YPG terror təşkilatının adı açıqlanmayan səhra komandirinin olduğu avtomobillərdən birinə iki raket düşüb, bir neçə yaraqlı isə məhv edilib.

Türkiyənin Milli Müdafiə Nazirliyinin isə rəsmi açıqlamasında qeyd olunub ki, “Zeytun budağı” əməliyyatı çərçivəsində xüsysi təyinatlılar Suriyanın şimalında iki terrorçunu məhv edib.

Xatırladaq ki, Suriya və İraqın şımalında keçirilən “Pəncə-Kilid” əməliyyat zamanı 491 terrorçu öldürülüb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600