!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Tərtər işi”ni araşdıranlara qarşı ÇALIŞAN QÜVVƏLƏR: Bu, Xanlar Vəliyevə yönələn etirazdır, yoxsa özünüifşa? - ŞƏRH

!Reklam – Yazi

“Bəzi generallar, yüksək post tutmuş şəxslər hədəfə tuş gəlməklərindən qorxurlar”.

Bunu dünən şərti adı Tərtər işi olan proseslə bağlı Hərbi Prokurorluq qarşısında keçirilən aksiyaya münasibət bildirərkən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, məlum aksiyanı bəziləri özlərini qorumaq üçün təşkil edib:

“Şərti adı Tərtər işi olan prosesi hazırda Hərbi Prokurorluq yox, Baş Prokurorluq aparır. Hesab edirəm ki, aksiya təşkil edilmişdi. Çünki Xanlar Vəliyev bəzilərinə sərf etmir. Son zamanlar qurumlarda çox ciddi yoxlamalar aparılır. Yeyinti, korrupsiya və qeyri-döyüş şəraitində ölüm halları var və bunların səbəbləri araşdırılır. Nəyin bahasına olursa-olsun Xanlar Vəliyevin vəzifədən getməsini istəyirlər. Bu işdə də Tərtər işində zərərçəkənlərin ailəsi istifadə olunur. Son günlər belə bir fikirlər səslənir ki, Tərtər işi qala-qala Xanlar Vəliyev başqa işləri yoxlayır. Hərbi Prokurorluğun işi təkcə Tərtər işi ilə bitmir. Başqa sahələrdə də yoxlamalar aparılmalıdır. Yeyinti olan yerdə yoxlamalar da olacaq. Son günlər çox prinsipial yoxlamalar gedir. Yoxlamaların qarşısının alınmasına çalışılmasında hansısa qüvvələrin birbaşa əli var.

Çox maraqlıdır ki, dünənki aksiyada veteranlar və mülki geyimdə hərbi qulluqçular da olub. Hesab edirəm ki, hüquq mühafizə orqanları bu məsələni araşdırmalıdır. Bəziləri deyir ki, Hərbi Prokurorluq ləğv edilməlidir. Bütün dünyada bu sistem var. Belə tələb absurtdur.

Hesab edirəm ki, bəzilərinin kürkünə birə düşüb. Bilirlər ki, yoxlamalar onlara qədər gedib çıxacaq.

Orduda çoxlu sayda gənc generallar var. Ancaq onların bir çoxu vəzifədən və ordudan uzaqlaşdırılıb. Ancaq yaşlı generallar hələ də yüksək post tutmaqda davam edirlər. Yaxın günlərdə “Ordu Günü” gələcək, kimlərin general rütbəsinə təqdimatı göndəriləcək, kimlərin yüksək vəzifəyə gedəcəyini dövlət qurumları indidən araşdırmalıdır. Çünki bu işdə çox çirkin oyunlar gedir.

Bütün bunları deməklə Hərbi Prokurorluğu müdafiə etmək niyyətim yoxdur. Tərtər işi araşdırılmalıdır, nəinki hərbçilər, istintaqı düzgün aparmayan şəxslər də cəzalandırılmalıdır. Məsələ ondadır ki, aldığım informasiya bu cür aksiyalarda bəzi şəxslərin maraqlı olması yönündədir.

Düşünürəm ki, dünənki aksiyanı təşkil edənlər və sifarişçilərin özlərini müdafiə etməyin yolunu bunda görüblər. Hazırda Tərtər işini Hərbi Prokurorluq yox, xüsusi komissiya aparır. Narazıların seçdiyi ünvan özünü ifşadır”.

Səxavət Məmməd

www.yenicag.az

3505
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv