!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Tərtər və Ağdam rayonlarında gənc qızların təhsilə marağının artırması” adlı layihə yekunlaşdı - FOTO

!Reklam – Yazi

Məlumat üçün bildiririk ki, “Sara Xatun” Mədəni Maarifçilik İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra etdiyi “Tərtər və Ağdam rayonlarında gənc qızların təhsilə marağının artırması” adlı layihənin icrasına yekunlaşdırıb. Layihənin məqsədi gənc qızların elmə və təhsilə marağının artırılmasına kömək etməkdən ibarətdir.

Layihə çərçivəsində keçirilən görüşlərdə Tərtər və Ağdam rayonlarından olan 100 gənc qıza təhsilin həyatda uğur qazanmaq və şəxsi inkişaf üçün nə qədər vacib olduğu vurğulanıb. Onlara təhsilin qızların gələcək karyeralarında və sosial statuslarında müsbət təsir yaratdığı izah edilib. Qızlara müxtəlif peşə sahələri və gələcəkdə bu sahələrdə necə uğurlu ola biləcəkləri barədə məlumat verilib. Onlara elm, texnologiya, mühəndislik, tibb və digər sahələrdə peşəkar karyera qurmağın yolları göstərilib. Həmçinin qızlara gender bərabərliyinin önəmi və qadınların təhsildən kənarlaşdırılmasının qarşısının alınması barədə məlumatlar verilib. Onlara hüquqları və bu hüquqların qorunması ilə bağlı maarifləndirici məlumatlar təqdim edilib.

COP29

www.yenicag.az

120
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv