Tərtərdə qanunsuz inşa edilən qeyri-yaşayış obyekti söküldü

media-hightechnic-468x90

“Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”na əsasən, özbaşına aparılan tikinti işlərinin qarşısının alınması məqsədilə Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən təyin olunmuş məsul şəxslərin, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qarabağ Regional Mərkəzinin, Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə qanunsuz tikintilərin qarşısının alınması məqsədilə rayon ərazisində növbəti monitorinq keçirilib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, monitorinq zamanı müvafiq icazəverici sənədləri olmadan Tərtər rayon Xoruzlu kəndində, kənd sakini Xəzər Dadaş oğlu Orucov tərəfindən bələdiyyəyə məxsus torpaq sahəsində qeyri-yaşayış obyektinin tikintisinin aparıldığı aşkarlanıb.

Qanunsuz inşa edilən obyektdə tikinti işləri dayandırılaraq, söküntüsü təmin edilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05