Təşkilat sədri həbs edildi

media-hightechnic-468x90

kjoikoBu gün səhər saatlarında Müsavat Partiyasının Goranboy Rayon Təşkilatının sədri Yusif Namazoğlu həbs edilib.

Saxlanılarkən Yusif Namazoğlunun zorakılıqla üzləşdiyi, nəticədə dişlərinin polis əməkdaşları tərəfindən sındırıldığı bildirilir. Onun həbsinin birbaşa siyasi sifariş olduğu iddia edilir.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə Müsavat Partiyasının Goranboy Rayon Təşkilatının keçmiş sədri, hazırda sədr müavini olan Məhərrəm Yusifli məlumat verib.

O, Yusif Namazoğlunun həbsi ilə bağlı bunları deyib: “Yusif Namazoğlu maldarlıqla məşğul olur. Bu yolla ailəsini güclə dolandırırdı. Bu gün səhər saatlarında Ağcakənd yolunda qəflətən rayon polis əməkdaşları tərəfindən mühasirəyə alınaraq, saxlanılıb. Biz hadisə yerində olmamışıq. Amma hadisə şahidləri bildirirlər ki, həbs edilərkən Yusif Namazoğlu vəhşicəsinə döyülüb. Nəticədə onun dişləri tökülüb. Şahidlər bildirirlər ki, Yusif bəyi düşmən kimi həbs etdilər. Bu işdə soyadını dəqiq bilmədiyimiz yol polisinin rəisi Rövşən adlı şəxs xüsusilə canfəşanlıq göstərib. Yusif Namazoğlunun qardaşı Qarabağ döyüşlərində şəhid olub. Özü də uzun illər müharibədə olub. Biz bunun birbaşa siyasi sifariş olduğuna əminik. Bu həbslə bağlı rayon təşkilatımız bəyanat verdi. Azərbaycan hakimiyyətindən Yusif bəyin azad olunmasını tələb edirik”.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600