!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Təxribata əl atan DAXİLİ DÜŞMƏNLƏR - "5-ci kolon" işə salınıb" - ŞƏRH

!Reklam – Yazi

“Azərbaycan Rusiya qoşununun ərziyə girməsinə razılıq verməməli idi”.

Bu fikri Yenicag.az-da son günlər baş verən gərginlik, atəşkəsin mütəmadi pozulması və bunun arxasında yatan səbəbləri şərh edən hərbi ekspert Tərlan Eyvazov səsləndirib.

Tərlan Eyvazov bildirib ki, hər keçən gün vəziyyət qəlizləşir:

Xalq diplomatiyası ən gözəl çıxış yoludur.

O zaman ağsaqqallar məsələni çox asan yolla həll edirdi. Azərbaycanın o zamankı rəhbərliyinin ən böyük günahı o oldu ki, məsələni özü, öz gücü ilə həll etmək əvəzinə bütün vasitələrdən istifadə edərək, Moskvaya müraciət etdi. Moskva da öz bildiyi kimi müdaxilə etdi və onun da acı nəticəsini gördük.

Azərbaycan tərəfi özündə güc tapıb, 30 il hazırlaşıb, gedib problemi təkbaşına həll etdi. Başqa bir ölkənin araçılıq missiyası şəklində bura gəlməsi hamımızda narahatçılıq yaratdı.

Rusiya təkbaşına bölgəyə daxil oldu.

Düşünürəm ki, sülhməramlı qüvvələrin tərkibində başqa ölkələr də olsa, Rusiya yenə öz bildiyini edəcəkdi. Biz 30 il heç bir araçılıq missiyası olmadan atəşkəs rejiminə pis-yaxşı əməl etmişdiksə, yenə də edə bilərdik. Üçətərfli bəyənatdan sonra sakitçilik görünüşü yaradılsa da, artıq əvvəlki gərgin dövrə qayıdılıb. Bunun əsas səbəbi Rusiyanın özünü orada rejissor rolunda aparmasıdır. Bundan əlavə Şuşada təmir tikinti işləri aparılır. Ermənilər bilir ki, yaxın müddətdə Şuşaya əhalinin köçü başlaya bilər. Bu da, Şuşaya olan iddialarının da məhv olması anlamına gəlir.

Rusiya sözün əsl mənasında göstərir ki, istədiyim kimi davranıram.

Rusiya artıq 8 aydan çoxdur ki, ərazidədir. Hər keçən gün müddətin bitməsini yaxınlaşdırır. Bu da o deməkdir ki, əgər iki ölkə razılığa gəlsə, Rusiyanın heç bir funksiyası qalmayacaq. Ona görə də, Rusiya aranı qarışdırmaq üçün hər cür addım atacaq.

Bundan əlavə Qarabağdakı ermənilərin beyni elə yuyulub ki, onlar elə bilir iki xalq bir araya gəlsə, Azərbaycanlılar onları qıracaq.

Ermənistanda nisbətən azadlıq var.

Xalq seçim edə bilir. Ancaq Qarabağda yaşayan ermənilərə həmişə hərbi xunta rəhbərlik edib. Onlar da insanları həm qorxu altında saxlayıblar, həm də onların beynini yuyublar. Halbuki müharibə bitəndən sonra ermənilər işğal etdikləri yerlərdə təsərrüfat salmışdılar, evlər tikmişdilər, Azərbaycan hərbçiləri onları normal şəkildə yola saldılar. Müharibə dünən bitmişdi, bu gün başqa münasibət var idi ortada. Bunu da ermənilər görürdülər ki, azərbaycanlılar onlara düşmən deyil. Təbii ki, erməninin şovinist təfəkkürü, Araikin Moskavaya gedib qayıdandan sonra sərsəm bəyənatlar səsləndirməsi, Azərbaycanın öz möveyindən geri çəkilməməsi, Türkiyə və digər ölkələrlə yaxınlaşması, ordusunu gücləndirməsi Moskvanı qıcıqlandırır. Onlar istəmir ki, Azərbaycan qüvvələnsin. Azərbaycan öz vətəndaşları olan Qarabağ erməniləri ilə əlaqə yaradacaq. Təbii ki, bu statusa bir daha qayıdılmayacaq.

Prezidentin sərəncamı və çıxışı ilə status məsələsi alt-üst oldu.

Güman etmirəm orada postda duran ermənilərin hamısı o əzmdədir ki, təxribat törətsinlər. Onlar qorxurlar. Onların içərisində nəinki Ermənistan, Fransa vətəndaşları olub, əli tamamilə cinayətə batan beynəlxalq cinayətkarlar, terroçular var. Onlar üçün terror, müharibə, münaqişə çörək ağacıdır. Onlar bununla yaşayır. Onlar münaqişənin bitməsində maraqlı deyillər”.

Hərbi ekspert qeyd edib ki, məsələ təkcə Qarabağla bitmir, ölkə daxilindəki proseslər də bu məsələdə geniş miqyaslı işlər görüldüyünü sübut edir:

“Proses təkcə Qarabağ istiqamətində aparılmır.

Moskva “5-ci kolon”u işə salıb.

Öz içərimizdə də, ciddi təxribatlara əl atılır. Azərbaycan xalqının böyük iradəsi ilə əldə edilən qələbə dünyada bizə qarşı simpatiya yaratdı. Bu müəyyən dairələri qane etmir. Əsasən də, Rusiyanı. Ona görə də, onlar qələbədən bir qədər sonra Azərbaycanı vurmağa başladı.

Öncə hərbçilərin maaşı azaldıldı.

İctimayət buna təpki göstərəndən sonra, məsələ nisbətən öz həllini tapdı. Baxmayaraq ki, Müdafiə Nazirliyi öz daxilində bu məsələni həll edə bilərdi, ancaq buna imkan verilmədi. Azərbaycanda əlillərin, qazilərin problemlərinin həll olunmaması da, təxribat kimi qiymətləndirilə bilər.

Əlillərin pensiyası kəsildi.

Bu Azərbaycan xalqına qarşı yönələn təxribatdır. Məsələni də elə fokuslayırlar ki, bütün oxlar ölkə rəhbərini göstərsin. Ölkə rəhbərinin atdığı addımlar isə fərqlidir. Verilən evlər, maşınlar, dağılmış evlərin bərpası, hamısı müsbət addımlardır. Azərbaycan Qarabağda dağılmış şəhərləri, kəndləri bərpa etmək istəyir. Başqa ölkələr də bunda iştirak etmək istəyir. Avropa ölkələrindən də, bu prosesdə iştirak etmək istəyənlər var. Başda İtaliya olmaqla. Sosial müdafiə nazirinin özünün bildirdiyinə görə, bu qədər əlilin pensiyasının kəsəilməsi nəticəsində, cəmisi 200 milyon manat vəsaitə qənaət olunub. Bu 200 milyon manat vəsait də azalacaq. Çünki əlillər haqlı olaraq müraciətlər edirlər və haqlarını bərpa edirlər.

30 milyon vəsaitə görə orduda narazılıq kimə lazım idi? 200 milyona görə camaat arasında narazılıq kimə lazım idi?

Son illərdə büdcəsində kəsir olan qurumlar təxminən milyard yarım həcmdə ofis tikintisə vəsait xərcləyiblər. Bunların hamısı nəyə xidəmət edir? Heç vaxt inanmıram ki, Ali baş komandan bu boyda qələbədən sonra bir neçə yüz milyona görə, xalqı narazı salsın. Bəzi məmurlar qəsdlə elə davranırlar ki, insanlar narazı qalır.

Düşünürəm ki, narkotiklərin bu qədər yayılması da, planlıdır.

Hansısa qüvvələr Azərbaycan gəncliyini məhv etmək istəyir. Azərbaycan xalqı ayıq-sayıq olmalıdır”.

Səxavət Məmməd

www.yenicag.az

956
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv