Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Teymur Rəcəbov 3-cü yer uğrunda görüşdən qalib ayrıldı

Reklam: High Technic

“Champions Chess Tour” çərçivəsində keçirilən “Opera Euro Rapid” turnirində həlledici qarşılaşmalar start götürüb.

Yenicag.az xəbər verir ki, mükafat fondu 100 min ABŞ dolları olan yarışın səkkizinci günündə final və 3-cü yer uğrunda ilk matçlar keçirilib.

Azərbaycan şahmatçısı Teymur Rəcəbov üçüncülük uğrunda ilk qarşılaşmada fransalı Maksim Vaşye-Laqravla üz-üzə gəlib. Qara fiqurlarla heç-heçə edən qrossmeysterimiz ikinci partiyada ağlarla qalib gəlib.

Növbəti oyunda da ağ fiqurlar – bu dəfə rəqib qələbə qazanıb. Bu məğlubiyyətlə üstünlüyünü əldən verən Teymur günün son görüşündə lazımı nəticəni aktivinə yazıb. O, matçda ikinci dəfə rəqibinə qalib gəlib.

Yarımfinalda təmsilçimizə qalib gələn ABŞ şahmatçısı Uesli So və norveçli dünya çempionu Maqnus Karlsen isə finalın ilk matçında heç-heçə edib – 2:2. Hər iki cütdə ikinci matç sabah baş tutacaq.

Qeyd edək ki, sabah təşkil olunacaq həlledici qarşılaşmalar Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Loading...

www.yenicag.az

229