Reklam: High Technic
hightechnic

Təyyarə maşın bazarına çırpıldı – Usama Ben Ladenin ailəsi üzvləri öldü

343b92be5411975db70a3a2f8cf5c649İngiltərənin Hempşir qraflığında yüngülmotorlu təyyarə qəzaya uğrayıb.

Yenicag.az  xəbər verir ki, nəticədə təyyarənin göyərtəsində olan 4 nəfər ölüb.

Kiçik həcmli “Phenom 300” mülki təyyarə havaya qalxandan dərhal sonra yerə düşüb. Təyyarə maşın bazarının ərazisinə çırpılaraq partlayıb. Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.

Qeyd edək ki, ölənlər terrorçunun ögey anası Raca Haşim, ögey bacısı Sana ben Laden və onun əri Zuxair Xaşimdir. Artıq Səudiyyə şahzadəsi Məhəmməd bin Naif bin Əbdüləziz həlak olanların qohumlarına başsağlığı verib.

 

www.yenicag.az

103