Təyyarə qəzasında ölənlərin sayı artır – 141 ölü

media-hightechnic-468x90

d210c1adc47f714564c5eb7afd241fb2İyunun 30-da İndoneziyada “Hercules C-130B” hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 141-ə çatıb. Ölənlərin hansıların sərnişin, hansıların ekipaj üzvləri olduqları hələlik bəlli deyil. İndiyədək cəmi 5 meyit tanınıb.

Xatırladaq ki, iyunun 30-da İndoneziyanın Bunquran adasındakı hərbi bazadan qalxan “Hercules C-130B” təyyarəsi Medan şəhərində qəzaya uğrayaraq hotelin və ətrafdakı evlərin üzərinə düşüb. Təyyarədə hərbçilər və onların ailə üzvləri olub.

***

Saat 07.49

İndoneziyanın Medan şəhərində “Hercules C-130B” hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 135 nəfərə çatıb.

Ölənlərin sayı hələ ki məlum deyil.

Bundan əvvəl İndoneziya Hərbi Hava Qüvvələrinin komandanı Aqus Supriyatna bildirmişdi ki, hərbi-nəqliyyat təyyarəsinin göyərtəsində 101 sərnişin və 12 ekipaj üzvü olub, sağ qalan olmayıb. Xilasedicilər isə qəza nəticəsində yerdə 3 nəfərin öldüyünü açıqlamışdılar.

Qeyd edək ki, ABŞ istehsalı olan “Hercules C-130B” hərbi-nəqliyyat təyyarəsi Medan şəhəri yaxınlığında yerləşən hərbi bazadan havaya qalxarkən qəzaya uğrayıb. A.Supriyatnanın sözlərinə görə, qəzadan bir neçə saniyə əvvəl pilotlar mühərrikdə nasazlığın əmələ gəlməsi barədə dispetçerlərə məlumat veriblər.

Gecə saatlarında da davam edən axtarış-xilasedici əməliyyatında yüzlərlə hərbçi, polis və xilasedicilər iştirak edir. (APA)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600