Təyyarədə təhlükəli anlar - Sərnişin pəncərəni sındırdı

media-hightechnic-468x90

Pakistandan Dubaya uçan təyyarədə sərnişin pəncərəni sındıraraq stüardessalarla dava edib.

Yenicag.az xəbər verir ki, psixi problemlərdən əziyyət çəkdiyi deyilən şəxs ağlını itirib və yaxınlıqdakı stulları yumruq və təpikləməyə başlayıb. Onun pəncərə şüşəsini sındırması sərnişinlər arasında kütləvi panikaya səbəb olub.

Ekipaj üzvləri onun əl-ayağını xüsusi qayışlarla bağlayaraq, həmin şəxsin hərəkətsizliyini təmin edə biliblər.

O, hava limanına çatdıqdan sonra hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib. Aviaşirkət problem yaradan şəxsi qara siyahıya salıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600