Tibbdə bir ilk yaşandı!-Fotolar
YENİCAG.AZ xəbər verir ki, tibb tarixində ilk dəfə olaraq rəhm nəqli həyata keçirilən qadın doğuş edib. Adı açıqlanmayan 36 yaşındakı anaya 61 yaşındakı bir qadının rəhmi köçürülüb.
Gothenburg Universiteti və Stockholm Tüp Bebek Ünitesində çalışan vəzifəli həkim Mats Brännströmun başçılıq etdiyi qrupun rəhm nəqli etdiyi 36 yaşındakı qadının, keçən ay oğlan uşağı dünyaya gətirdiyi bildirilir.
Qadına, iki uşaq anası olan 61 yaşındakı yaxın bir ailə dostunun rəhmi köçürülüb. Bədəninin orqanı rədd etməməsi üçün o, bir müddət müalicə alıb.
Bir il sonra Brännström və qrupu, orqanın yaxşı işlədiyindən əmin olunca qadından alınan yumurta və ərinin toxumundan götürərək laboratoriya mühitində döllədikləri tək bir embrionu qadının rəhminə yerləşdirib.
31-ci həftəyə qədər normal hamiləlik keçirən qadının, qəflətən vəziyyətinin pisləşdiyini görən həkimlər uşağı qeysəriyyə yolu ilə ananın bətnindən götürüblər.
1 kilo 800 qram çəkisində dünyaya gələn körpə, doğumdan sonra 10 gün ərzində müşahidə altında saxlanılıb. Hazırda körpənin və ananın vəziyyətinin yaxşı olduğu deyilir.
Mats Brännström, belə yaşlı bir rəhmin işə yaraması onu təəcübləndirdiyini söyləyərək, “Körpə sağlamdır. Valideynlərin sevincini və onları necə xoşbəxt etdiyimizi görmək çox gözəl hissdi” vurğulayıb.