Ticarət mərkəzində polis bıçaqlandı - Azərbaycanda

media-hightechnic-468x90

Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib. Martın 1-də Şəmkir şəhərində yerləşən ticarət mərkəzlərindən birində əvvəllər məhkum olunmuşlar – rayon sakini, Ülfət Vəliyev və Yevlax rayon sakini Zaur Qocayev Təzəkənd kənd sakini Gülsüm Məmmədovaya zor tətbiq edib içərisində 50 manat olan pul kisəsini alıblar.

media-banner_tkm

Bu zaman yaxınlıqda olan iki polis əməkdaşı onları saxlayarkən Z.Qocayev polis əməkdaşlarından birinin əlinə bıçaqla xəsarət yetirib. Z.Qocayev saxlanılaraq RPŞ-yə təhvil verilib, digər şəxsin tutulması üçün tədbirlər görülür.

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.

Yeniçağ.az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05