Tiflisdə naməlum şəxs Azərbaycan vətəndaşını avtomobil ilə vuraraq qaçıb

media-hightechnic-468x90

b0abd4dba35e0bf9e141167c1dc6fd5eGürcüstanda naməlum şəxs avtomobil ilə Azərbaycan vətəndaşı Elnur Zeynalovu vuraraq qaçıb.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, hadisə dünən gecə saat 22.00 radələrində Tiflisdə baş verib.

Hadisə şahidlərinin bildirdiyinə görə, sürücü “Volkswagen Golf” markalı avtomobili sürətlə idarə edib və tələbəni vurduqdan sonra maşını saxlamadan hadisə yerindən qaçıb. Tiflis Dövlət Tibb Universitetinin II kurs tələbəsi olan E. Zeynalov dostunun ad günü mərasimindən evə qayıdırmış. Hadisə nəticəsində 1996-cı il təvəllüdlü E. Zeynalov kəllə-beyin travması alıb. Hazırda o, Tiflisin Mərkəzi klinikasındadır.
Polis faktla bağlı araşdırma aparır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600