TİKA rəhbəri: “Nargin adası tariximizin ağır yaddaşıdır, onu qorumaq borcumuzdur”

media-hightechnic-468x90

“Nargin adasında bu gün də şəhidlərimizin qalıqlarına rast gəlinir və bu, bizim üçün böyük tarixi məsuliyyət yaradır”.

Bunu Yenicag.az-a Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) rəhbəri Abdullah Eren bildirib.

media-j95

Onun sözlərinə görə, təəssüf ki, Nargin adası uzun illər boyu unudulmuş bir məkan kimi qalıb:

“Halbuki orada türk əsgərlərinin, mülki şəxslərin, azadlıq uğrunda can vermiş insanların xatirəsi yaşayır. Biz bu gün rahat dövrdə yaşayırıq, amma bu rahatlığın bünövrəsi şəhidlərimizin fədakarlığı üzərində qurulub. Buna görə də hər birimiz tarixi baxımdan böyük məsuliyyət daşıyırıq,” – deyə Abdullah Eren qeyd edib.

O, həmçinin vurğulayıb ki, türk dünyası olaraq birlik içində öz haqq və dəyərlərimizi müdafiə etməliyik:

“Biz bu əmanəti çiynimizdə daşıdığımızı unutmadan fəaliyyət göstərməliyik. Tariximizə sahib çıxmaq, gələcək nəsillərə ötürmək bizim borcumuzdur”.

TİKA rəhbəri əlavə edib ki, Nargin adasının muzey kimi bərpası və burada şəhidlərin xatirəsini yaşadacaq bir xatirə kompleksi yaradılması vacibdir:

“Əgər bu istiqamətdə layihə həyata keçirilsə, TİKA olaraq hər cür dəstək verməyə hazırıq”, – deyə Abdullah Eren bəyan edib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa