!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tikintisi aparılan peşə məktəblərinin sayı açıqlandı

!Reklam – Yazi

“Tələbə artımını aparmaq üçün həm fiziki yer artırılmalı, həm də maddi texniki baza yenilənməlidir. Bu gün biz peşə təhsili sisteminə baxsaq, görərik ki, ölkədə ümumilikdə 95 peşə təhsili müəssisəsi var. Amma ən müasir avadanlıqlarla təchiz olunma və beynəlxalq standartlara uyğun peşə təhsili vermək imkanını hamısına şamil etmək olmaz”.

Yenicag.az Apa-ya istinadən xəbər verir ki, bunu Peşə təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini icra edən, direktor müavini Ceyhun Kərəmov bildirib. Onun sözlərinə görə, hazırda Bakıda 5, Bərdədə 1, Qəbələ və Gəncədə 2, İsmayıllıda 1 müasir peşə təhsil müəssisəsi fəaliyyət göstərir:

“Eyni zamanda, bir sıra yeni müəssisələrin tikintisi də başlayıb. Bu yaxınlarda Cəlilabadda müasir peşə təhsili müəssisəsinin açılışına hazırlaşırıq. Bu müəssisə kənd təsərrüfatı və müəyyən sənaye sahələrini əhatə edir. İlk peşə təhsili müəssisəsidir ki, özünün heyvandarlıq ferması olacaq və bu da tələbələrin müasir istehsalat proseslərini öyrənməyə imkan verəcək.

Eyni zamanda, Lənkəran şəhərində də yeni peşə təhsili müəssisəsinin tikintisi gedir. Bu yeni müəssisə də özündə bir çox yenilikləri ehtiva edir. İlk dəfə olaraq burada ənənəvi yataqxana ilə yanaşı, müəssisəsinin özünün mehmanxana kompleksi olacaq. Lənkəran iqtisadiyyatında turizmin rolunu nəzərə alaraq, orada turizm ixtisasları üzrə təhsilə üstünlük veriləcək”.

www.yenicag.az

228
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv