Türkiyə Parlamentinin Rəqəmsal Media Komissiyasının rəhbəri Hüseyin Yayman “TikTok”u bloklamaqla hədələyib.
O, bu barədə NTV telekanalının efirində bildirib.
Sosial şəbəkənin bloklanması ehtimalı onun “türk ailəsinin təməlinə dinamit atması” ilə bağlıdır.
Türkiyə parlamentində çıxış edən Yayman Türkiyənin siyasi həyatına mənfi təsir göstərən “trolların” təhlükəsindən danışıb.
Sosial şəbəkə nümayəndələri daha əvvəl Türkiyə Böyük Millət Məclisinin deputatlarına cavab versələr də, onları bu cavablar inandırmayıb.
“TikTok” ABŞ-da qadağan edildi, biz bu qadağaya qarşıyıq, lakin Türkiyədə vəziyyət qanunvericilik qadağasına çata bilər” – , o deyib.
O, həmçinin “X” sosial şəbəkəsini yaranmış ziddiyyətləri aradan qaldırmaq üçün öz nümayəndəsini Türkiyəyə göndərməyə çağırıb.//Publika.az
www.yenicag.az