“TikTok”un Azərbaycan seqmentində böyük PUL MAXİNASİYASI – Məşhur tiktokerdən şok adlar, sensasiyalı iddialar
“Arxasında dayanan adam Ayselə külli miqdarda pul göndərir və dəstək olur”.
Yenicag.az xəbər verir ki, bu iddia ilə “TikTok” platformasında Miray adlı istifadəçi çıxış edib.
O, “TikTok” platformasında “qara pullar”ın yuyulduğunu, eləcə də insanların gözündən pərdə asmaq üçün müəyyən işlər görüldüyünü dilə gətirib.
“Nəzər salaq keçən ilə. 16 aprel tarixində mənim telefonlarım əlimdən alındı. Elə həmin gün canlı yayımda mənə maksimum dərəcədə söyüş yazırdılar. Mən də eyni şəkildə onlara cavab verdim. Bu platformada ən çox söyüş yazılanlardan biri də Ləmandır (leman4141) və “Cesi”dir (Cesi Pajizni). İnsanın beyni elə formalaşır ki, avtomatik cavab verirsən. Keçən il burada “Bakinka” ləqəbli “TikToker” Aysel və Nəbi külli miqdarda pul ələ keçiriblər. Onu avtomatik fenomen edib sosialda böyüdürlər. Sizin də gözünüzdə bir obraz yaradılır. Çünki ona bu tapşırıq verilib. Aysel nə işə baxır? Onun arxasında kimsə dayanıb. Çünki mən lazımi orqanlara müraciət edənə qədər Aysel öz səhifəsini bağladı və telefon nömrəsini istifadədən çıxardı”.
O, iddia edib ki, sözügedən şəxsin arxasında dayanan adam ona külli miqdarda pul göndərir və dəstək olur:
“Baxa dayı” da yetəri qədər qumar pullarını bura keçirib. Aysel bu məsələdə iki tərəfli çalışıb. Nə işləyib? Oturublar sistemli şəklində “Pajizni Cesi”yə, Miraya söyüşlər yazırlar ki, əxlaqsızlığın təbliği ilə bağlı tədbir görülən zaman onların adı masaya qoyulsun. Tədbir necə baş verir? Söyüşlər yazırlar və ekran videosu alıb böyük səhifələrə veririlər. Çox maraqlıdır. Bütün respublika bilir ki, Nəbi içkili vəziyyətdə canlı yayıma çıxır. Necə olursa, Adəmin valideyni Nəbidən daha öncə platformada olmağına baxmayaraq hələ də bir otaqlı evdə qalır. Amma Nəbi üç mərtəbəli ev tikib. Ona “Bakinka” dəstək olub, dəfələrlə onun haqqının danılmaz olduğunu da etiraf edib”.
“Deməli, nə baş verir? Valideyni həbs edilir və Adəm: “Nazirlər, nazirlər, atamı apardılar” deyir. Daha sonra həmin video silinir. Sonra “Cesi”yə söyüşlər yazırlar, o da avtomatik cavab verir və anlamır ki, “torba” məsələsidir. “Semka”ya da, “Roşka-Roş”a da tədbirlər görülür. Həmin zaman “Roşka-Roş”a, “Cesi”yə, Adəmin valideyninə, “Semka”ya bir biznesmen cibinin pulu ilə dəstək olur. Sonra isə sıra Miraya çatır, cavabı isə bəllidir. “Bakinka”. “Cesi” ilə məni oynadıb saxta hesablarla “Miray Cesini tutdurdu” yazırdı. Sonra mənə yaxınlaşır və sevgilim, ərim, arxamda duran varmı deyə haqqımda məlumat toplamağa çalışır. Çünki “torba” tikmək istəyirdi və alınmadı. Çox qəribə haldır ki, bu “torba tikmə əməliyyatı” saçımı kəsdikdən sonra anidən “Bakinka” fenomenlikdən geri çəkilir və “Baxa dayı” ilə ayrılırlar, – deyə o, əlavə edib.
Miray bəzi istifadəçilərin bu platformada tanışlıqlardan və sözdə “dəstək”lərdən istifadə edərək insanları manipulyasiya etdiyini bildirib:
“Bu xanımın arxasında duran adam indi dala çəkilib. Qalıb indi quru yurdda. Daha betər olacaqsan, çünki bir çoxunun “torba”sını tikmisən. Videomu götürüb hara istəsən, şikayət verə bilərsən, əlimdə 178 nüsxə dəlil və sübut var. “İşverən” olduğunu haradan bilirəm? Telefonum alınanda heç kim nə vəziyyətdə olduğumu fikirləşməyib yalnız “get, telefonu götür” deyirdi. Vətəndaş olaraq telefonumun hara getdiyi ilə bağlı rəsmi kağız istəyirdim. Çünki “İskaServis”in telefonumdakı nömrələri sildiyini bilirdim. O, ağsaqqal obrazı alıb, ancaq insan alveri ilə məşğul olan bir nömrəli adamdır. Bunu deyirəm, arxasında da dayanıram. Niyəsini izah edim”.
Onun sözlərinə görə, hamı yaxşı bilir ki, o, bir çox dəstəkçiyə “geri çəkmə” edib:
“Əlində 5-10 min olan oğlanları buraya cəlb edib və biznesmen formalaşdırıb. Sonra da “geri çəkmə” edib və faizini götürüb. Əgər sən şərait yaradırsansa, bu da alverin bir növü sayılır. Necə olur, onu da deyim. “Şir at, konum at” bu nə deməkdir izah edim. Xoşladıqları qıza şir atırlar, sonra da ünvan yollayıb hotelə çağırırlar. Bu danılmaz faktdır. Etibar Süleymanov adlı şəxsin onların adamı olduğunu öyrənib tanış oldum. Çünki bilirəm ki. məqsədli şəkildədir və heç kəs saçı olmayan qadına baxmaz. Hamıya maraqlı idi ki, niyə ona maliyyələr gedir. Çünki ona lazımi maddənin verilməsini istəyirdim. Çeklər, səs yazıları və bütün hər şeyi sübut kimi saxlayırdım. Müəmmalı çox şeylər var “TikTok”da. Açıq-aşkar insan alveri gedir, qurban kimi isə yetim-yesir balaları göstərilir”.
Nəsimi Ələsgərli