Alabama ştatının xilasetmə qrupunun rəhbəri, ştatda TikTok “challenge”i səbəbindən qayıqdan tullanaraq ölüm hadisəsi olmadığını bildirib.
Yenicag.az xəbər verir ki, Childersburq Xilasetmə Qrupunun kapitanı Cim Dennis qeyd edib ki, son altı ayda qayıqla gəzinti təhlükəsizliyinin pozulması səbəbindən dörd ölüm faktı ilə bağlı verilən açıqlamalar kontekstdən çıxarılaraq təhrif olunub.
“Son altı-səkkiz ay ərzində dörd boğulma hadisəsi yaşadıq (Çaydersburq Xilasetmə Qrupunun qarşılaşdığı) və onlardan bəziləri sadəcə boğulma idi” , – deyə Cim Dennis vurğulayıb.
Alabama Hüquq-Mühafizə Agentliyi yaydığı bəyanatda da ölüm hadisələrinin TikTok-la əlaqəsinin olmadığını bildirib.
***
“TikTok”da ölümlə nəticələnən tryuk populyarlıq qazanıb.
Yenicag.az xəbər verir ki, yeni trendə əsasən istifadəçilər yüksək sürətlə hərəkət edən qayıqlardan və yaxtalardan dənizə tullanırlar. Xilasedicilər bildirirlər ki, bu fəndi betona tullanmaqla müqayisə etmək olar.
Artıq bu trend səbəbidən dörd nəfər faciəvi şəkildə həlak olub.
Məlum olan ilk hadisə fevral ayında Alabama ştatında baş verib. Kişi bu tryuku təkrarlamaq qərarına gəlib və ailəsi ilə istirahət edərkən qayıqdan tullanıb. Nəticədə o, öz uşaqlarının gözü qarşısında ölüb.
Əslində bu trend bir neçə ildir mövcuddur, lakin 2023-cü ilin əvvəlindən təhlükəli dərəcədə populyarlaşıb.
www.yenicag.az