“Türk İnternet Media Birliyi ilə Medianın İnkişafı Agentliyi qardaş quruluşlardır”.
Bu fikirləri Medianın İnkişafı Agentliyinin (MEDİA) quruluşunun 4-cü ildönümü münasibətilə təbrik edən Türk İnternet Media Birliyinin (TİMBİR) sədri Süleyman Basa Yenicag.az-a açıqlamasında səsləndirib.
Süleyman Basa MEDİA-nın daha da inkişaf edəcəyinə inandığını bildirib:
“Medianın İnkişafı Agentliyini Türkiyə Prezidentinin fərmanı ilə yaradılmış, 81 bölgədə fəaliyyət göstərən, mindən çox xəbər saytını özündə birləşdirən Türk İnternet Media Birliyi adından dördüncü quruluşunun ildönümü münasibətilə təbrik edirəm. Agentliyin daha da inkişaf edəcəyinə inanırıq. Daha əvvəl Medianın İnkişafı Agentliyini ziyarət etmiş, iki qurum arasında əməkdaşlıq məsələlərini müzakirə etmişdik. Türk İnternet Media Birliyi ilə Medianın İnkişafı Agentliyi qardaş quruluşlardır.
Azərbaycan ilə Türkiyə arasında münasibətlər iki ölkə rəhbərinin – cənab prezident İlham Əliyevlə cənab prezident Rəcəb Tayyib Ərdoğan sayəsində heç olmadığı qədər yüksək səviyyəyə gəlib çatıb. Təbii ki, bu, xalqların birliyini də güclənir. Bizim bir şüarımız vardı: media birləşsə, xalq da birləşər. Buna görə də Medianın İnkişafı Agentliyi ilə Türk İnternet Media Birliyi arasındakı əməkdaşlıq türkün səsinin daha da qüvvətlənməsinə səbəb olacaq. Azərbaycan və Türkiyənin birliyindən bütün dünyanın çəkindiyini görürük. Bu hər iki xalq üçün önəmli bir şeydir. Agentlik rəhbəri başda olmaqla, bütün kollektivi təbrik edir, uğurlar arzulayıram”.
www.yenicag.az