!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Toğrul Allahverdili: “Həmin 23 QHT-nin fəaliyyəti araşdırılmalıdır” – VİDEO

!Reklam – Yazi

BMT-nin Azərbaycandakı İnkişaf Proqramı böyük bir korrupsiya qalmaqalının mərkəzində düşüb.

Yenicag.az xəbər verir ki, BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycan Nümayəndəliyində UNDP-nin Audit və Tədqiqat Ofisi tərəfindən aparılmış audit yoxlaması ciddi qanun və maliyyə pozuntuları aşkara çıxarıb.

Məlum olub ki, UNDP-nin Azərbaycan Nümayəndəliyi 2023-cü ildə ölkədə 23 qeyri-hökumət təşkilatına (QHT) 29 layihə üzrə 754 570 dollar qrantlar verib. Azərbaycan Nümayəndəliyi qrant vəsaitlərini həmin QHT-lərin yaratdıqları MMC-lərlə, yaxud QHT tərəfindən işə götürülmüş şəxslərlə birbaşa müqavilələr bağlayaraq şəxsi hesablara köçürüb. Daha sonra da bu qrantlardan müxtəlif məqsədlər üçün istifadə olunub.

Mövzu ilə bağlı CBC telekanalına QHT rəhbəri, siyasi şərhçi Toğrul Allahverdili açıqlama verib.


T.Allahverdili bildirib ki, bu tip təşkilatlar Azərbaycanın maraqlarını deyil, öz ölkə mənafeyini güdür və ümumi olaraq, Azərbaycanda ailə dəyərlərinin, milli-mənəvi dəyərlərin əleyhinədir.

O qeyd edib ki, Azərbaycan dövləti bu layihənin hamısını araşdırmalıdır ki, şəffaflıq təmin olunsun, onların məqsədi üzə çıxmalı, həmin 23 QHT-nin fəaliyyəti, nəyə xidmət etdikləri, hansı layihələri reallaşdırdıqları araşdırılmalı, ümumiyyətlə, dövlət bu məsələyə nəzarət mexanizmini gücləndirməlidir.

Həmin açıqlamanı təqdim edirik:

www.yenicag.az

74
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv