Tokayev Xəzər dənizi ilə bağlı çağırış etdi

media-hightechnic-468x90

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzər dənizinin dayazlaşmasının ciddi nəticələr zəncirinə səbəb olacağı barədə xəbərdarlıq edib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Xəzər dənizinə gəldikdə isə, hazırkı dayazlaşma tempində bu təhlükəli proses dönməz hala gələ bilər və qaçılmaz olaraq ekoloji, sosial-iqtisadi və hətta siyasi nəticələrə səbəb ola bilər. Qazaxıstan ekosistemin dağılmasının və Xəzər dənizinin dayazlaşmasının qarşısını almağa yönəlmiş xüsusi dövlətlərarası proqramın hazırlanması təşəbbüsünü irəli sürüb”, – deyə o, Aşqabadda keçirilən Beynəlxalq Sülh və Etimad Forumunda çıxış edərkən bildirib.

Tokayev bütün beynəlxalq ictimaiyyəti Xəzər dənizinin qorunmasına yönəlmiş səyləri dəstəkləməyə çağırıb: “Ümumiyyətlə, mənim fikrimcə, su diplomatiyası sıx dövlətlərarası koordinasiya tələb edir. Mövcud beynəlxalq institutlar adətən məhdud mandatlar çərçivəsində dağınıq şəkildə fəaliyyət göstərir ki, bu da artan su problemlərinin miqyasına uyğun deyil”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05