Aparıcı Tarix Əliyev (Tolik) ötən gün dünyasını dəyişən Baloğlan Əşrəfovun dostlarını sərt tənqid edib.
Yenicag.az xəbər verir ki, Tolik sosial media hesabında əməkdar artistin məzarını paylaşıb və utandığını bildirib:
“Baloğlan müəllimin məzarına baxıb çox utandım. Dəfn olunma mərasiminə baxdım, bir çələng görmədim. Dostlarının 200 azn pulu olmadı ki, bir çələng göndərsin? Ayıb olsun Baloğlana dostum, qardaşım deyənlərə. Məzarının üstünü çiçəklərə qərq edə bilməzdilər? Baloğlan müəllimin xətrini çox istədiyim üçün pis təsir etdi mənə. Fani dünya”.
Cəvahir
www.yenicag.az